Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Türkiyə 22 ölkədən FETÖ-nün 45 rəhbər şəxsinin ekstradisiyasını tələb edir

Türkiyə 22 ölkədən FETÖ-nün 45 rəhbər şəxsinin ekstradisiyasını tələb edir

FETÖ terror təşkilatı üzvlərinin işlərini araşdıran Ankara məhkəməsi Türkiyənin Ədliyyə Nazirliyinə müraciət edərək FETÖ rəhbərliyində təmsil olunan 45 şəxsin 22 ölkədən  ekstradisiyasına dair sorğu hazırlamağı tələb edib.  

APA-nın verdiyi xəbərə görə, sorğuların əksəriyyəti (FETÖ rəhbəri Fətullah Gülən daxil olmaqla, 15 nəfərə dair) ABŞ-a göndəriləcək.  Sorğuların göndəriləcəyi ölkələr siyahısında həmçinin Böyük Britaniya, Almaniya, Belçika, Norveç, Niderland, Malta, Albaniya, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, İsrail, Kamboca, Tailand, BƏƏ, Madaqaskar, Mozambik, Toqo, Mərkəzi Afrika Respublikası, Misir və Burkina-Faso yer alıb.

Şübhəli şəxslərdən 3 nəfər barəsində sorğu eyni vaxtda bir neçə ölkəyə göndəriləcək.

Ekstradisiyası tələb edilən FETÖ liderlərinin siyahısında isə Qazaxıstanda fəaliyyət göstərən Mustafa Öcalan  (“İmam Balkan”), Norveçdə Süleyman Uysal (“İmam FETÖ”), Niderlanda “imam” Nejdət Başaran,  Mərkəzi Afrika Respublikasında FETÖ Məşvərət Komitəsinin üzvü Naci Tosun və digərləri yer alıb.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …