Bazar , Yanvar 24 2021
Ana səhifə / Dünya / Tramp miqrantlara qarşı yeni savaş açdı

Tramp miqrantlara qarşı yeni savaş açdı

Amerika xalqı prezidentin ruhi sağlamlığına şübhə edir,  o isə hamıya meydan oxuyur…

ABŞ prezidenti Donald Tramp immiqrasiya qanunvericiliyində geniş islahatlar həyata keçirməyə hazır olduğunu və bu işdə müxalifətin ona dəstək verəcəyinə ümid etdiyini bəyan edib. Bu barədə o, senatorlarla keçirdiyi müşavirədə bildirib.

Prezidentin sözlərinə görə, o, 3 prioritet məqsədə nail olmağa çalışacaq: sərhədlərin təhlükəsizliyini təmin etmək, “zəncirvari miqrasiya”yaya (ABŞ-da yaşayan əcnəbilərin uzaq qohumlarının ölkəyə gələ bilməsinə) son qoymaq, hər il ABŞ-a 55 min immiqrantın gəlişini təmin edən viza lotereyasını ləğv etmək.

ABŞ prezidenti sentyabrda Uşaq Qaçqınlara Xüsusi Münasibət (DACA) adlı proqrama son vermək istədiyini demişdi. Trampın bu açıqlaması ilə yanaşı, sayı 800 minə yaxınlaşan və uşaq yaşda Amerikaya girən “xəyalpərəstlər” ləqəbli qaçqınlar deportasiya edilmə təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Ancaq San Fransiskolu hakim Villiam Alsup Ağ Evin bu proqramı ortadan qaldırma həmləsinə yönəlmiş etirazlar davam edərkən proqramın davam etməsinin vacibliyini bildirdi.

Alsup bildirib ki, Ədliyyə Nazirliyinin proqramın qeyri-qanuni olması ilə bağlı açıqlaması “qüsurlu bir açıqlama”dır. Hakim eyni zamanda bu proqramdan yararlananların yeniləmə müraciətlərinin qüvvəyə minməsinin vacibliyini də dedi. Amma bu vəziyyətdə proqrama daha öncə daxil olmayanlar bu şərtlərdən yararlana bilməyəcək.

Ağ Evdən hələ ki bu mövzu ilə bağlı hər hansı açıqlama gəlməyib. Tramp Konqresə mart ayına qədər DACA-nın yerinə keçəcək yeni bir plan üzərində çalışmaları üçün vaxt vermişdi.

Çərşənbə axşamı günü də Demokratlar və Cumhuriyyətçilər sərhəd təhlükəsizliyi, viza lotereya sistemini və DACA-yə əhatə edəcək şəkildə yeni bir miqrant qanunu üzərində çalışacaqlarını açıqlayıblar. Demokratlar isə sərt bir dillə Meksika ilə sərhədə divar hörülməsini nəzərdə tutan qanunu rədd edəcəklərini deyirlər.

Bu arada Tramp Şimali Koreyaya hərbi müdaxilə məsələsini gündəmə gətirib. Qeyd edək ki, Seul və Pxenyanın danışıqları başlamağa qərar verdiyi gün belə bir xəbərin yayılması diqqət çəkib. Jurnalda məsələ ilə bağlı təfərrüatlı məlumata yer verilməyib. Prezident eyni zamanda 2020-ci ildə keçiriləcək prezident seçkilərində teleaparıcı Opra Uinfrinin namizəd olacağına dair iddialara münasibət bildirib. Tramp Unfriyə meydan oxuyub: “Opranı məğlub edərəm, çox əyləncəli olar”. Opranı yaxşı tanıdığını qeyd edən Tramp “Seçkilərdə iştirak edəcəyini düşünmürəm” deyib.

trump mülteci ile ilgili görsel sonucu

Bununla yanaşı, Tramp daha bir siyasi addımı ilə hər kəsi təəccübləndirəcək. Ağ Evdən verilən açıqlamaya əsasən, ABŞ prezidenti bir neçə gündən sonra İsveçrənin Davos şəhərində keçirəcək Dünya İqtisadiyyat Forumunda iştirak edəcək. Qeyd edək ki, Klinton 2000-ci ildə keçirilən forumda iştirak etsə də, Obama və Buş bu iclaslara qatılmayıb.

71 yaşlı prezident Trampın çox müzakirə olunan ağıl, ruhi və bədən sağlamlığı ilə bağlı mübahisələr cümə günü baş tutacaq tibbi müayinədən sonra sona yetəcək. Müayinə yanvarın 12-də keçiriləcək, nəticələri isə bir müddət sonra ictimaiyyətə açıqlanacaq.  “Yeni Müsavat” xəbər verir ki, Valter Reed Beynəlxalq Hərbi Tibb Mərkəzində nəzarətdən keçəcək Tramp Amerika prezidenti olaraq ilk dəfə bu proseduru yaşayacaq. “Qəzəb və Hirs. Trampın Ağ Sarayının içindən” adlı kitabda da Trampın sağlamlığı ilə bağlı bir çox mübahisəli iddia yer almışdı.

Əqli sağlamlığı ilə bağlı eyhamlara twitter üzərindən od püskürən 71 yaşlı Tramp özü haqqında “çox istiqrarlı bir dahiyəm” deyib və bu ifadələri zarafat mövzusu olub. Amerika mediasının isə mövzunu gündəmdən düşürmək niyyəti yoxdur. İndi bütün gözlər Trampın cümə günü baş tutacaq həkim ziyarətindədir. Ağ Ev prezidentin həkim nəzarətindən keçəcəyini sözügedən qalmaqallı kitabın yayımlanmasından öncə (28 dekabr 2017) açıqlamış olsa da, kitabla paralel bu ziyarət də diqqət cəlb edən bir hala gəldi.

Tramp prezidentlik kreslosuna oturandan sonra ilk dəfə tibbi nəzarətə götürüləcək və keçdiyi testlərin nəticələri cəmiyyətə açıqlanacaq. Sağlamlıq nəzarətini Valter Reed Beynəlxalq Hərbi Mərkəzdə həyata keçirəcək şəxs isə Ağ Ev həkimlərindən olan Ronni Ceksondur. Hərbi həkim statusuna sahib həkim Cekson Trampın sələfi Obamanın da həkim nəzarətlərini həyata keçirən şəxsdir.

Qeyd edək ki, Trampın iki il öncə prezidentliyə namizədliyi zamanı yayımladığı sağlamlıq sənədlərində bir çox önəmli məlumatlar yer almamışdı. Müzakirələrdən sonra Trampın şəxsi həkimi Harold Bornstein bildirmişdi ki, “Rahatlıqla deyə bilərəm ki, seçilərsə, vəzifəyə gəlmiş ən sağlam prezident olacaq”. “Qəzəb və Hirs”in yazarı Volfa görə, Tramp həmin dönəmdə şişman olaraq damğalanmaqdan qorxduğu üçün özü haqqında yalan söyləyərək, həqiqi bədən kütlə indeksinin ortaya çıxmasını əngəlləyib.

trump mülteci ile ilgili görsel sonucu

Ağ Ev həkimi tərəfindən cəmiyyətə açıqlanan rəsmi sağlamlıq arayışında ənənəvi olaraq prezidentin boyu, çəkisi, vücud kütlə indeksi, nəbzi və təzyiqi yer alır. Bundan öncəki Amerika prezidentlərinin arayışlarında xolestrol, şəkər, görmə, eşitmə, dəri quruma, tiroid, beyin funksiyaları ilə duyğu sistemlərinə bağlı laboratoriya nəticələri də yer alır. Əsasən rəsmi sağlamlıq arayışı ünsürləri arasında prezidentin tətbiq etdiyi dieta və siqaret çəkib-çəkməməsi kimi detallar da əks olunur.

Prezident Donald Trampın qolf xaricində bir idmanla məşğul olmadığı bilinir. Trampın Oval Ofisdə baş tutan telefon danışıqlarının bir çoxunda masasının üstündə Diet Cola olması diqqət çəkir. Yaxın iş yoldaşlarının dediklərinə görə, Tramp nəhəng bürger və milkşeyklərə xüsusi meylliliyi ilə seçilir. Maykl Volf kitabında Trampın ən sevdiyi şeylərdən birinin yataqda televizora baxarkən çizburger yemək olduğunu iddia etmişdi.

Cəmiyyətin ən çox diqqətini çəkən isə Trampın bədən sağlamlığından daha çox ruhi sağlamlığı və beyin funksiyalarıdır. Trampın keçən noyabrda bir mətbuat konfransı zamanı qabağındakı su şüşəsinə əlini uzadarkən etdiyi şüursuzcasına hərəkətlər günlərlə müzakirə olunmuşdu. Televiziyalardakı müzakirə verilişlərinə qatılan bəzi həkim və psixoloqlar Trampın görüntüləri üzərindən ABŞ prezidentində Alzheimer, ya da xərifləmə başlanğıcı ola biləcəyi ilə bağlı analizlər etmişdi.

Bəzi detallara da diqqət edək. ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı elan etdiyi dartışmalı qərarını açıqlarkən dili sürüşmüşdü. Açıqlaması zamanı sözlərini tamamlamaqda çətinlik çəkən Trampın bu danışığı lağlağı mövzusu olmuşdu. ABŞ prezidenti hətta ölkəsinin adı olan “United States”in tələffüzündə belə yanlışlığa yol vermişdi – “Steyts” yerinə “şiteyts” olaraq yanlış tələffüz etmişdi.

Amerikan mediasında Trampın durumunu keçmiş prezidentlərdən olan Ronald Reyqanla müqayisə edənlərin sayı isə çoxdur. Reyqana  Alzhemier diaqnozu prezidentlik kreslosundan hardasa 5 il sonra qoyulmuş olsa da, prezidentliyinin ikinci dönəminin sonlarında nitqini tamamlaya bilmədiyi, ya da düzgün sözləri tapmaqda çətinlik çəkdiyi yada salınır. Trampın ABŞ-ın İsraildəki səfirliyini Qüdsə daşıyacağını elan etdiyi açıqlama zamanı dilinin dolaşmasını bu bənzətmə üçün əsas kimi görən həkimlər var. Nevroloq Sanjay Gupta, “The Atlantic”ə açıqlamasında bildirib ki, prezident Trampın sözügedən nitqi tibbi olaraq, bir anomaliya nümunəsidir və bu, ani bir ifliclə də bağlı ola bilər.

Həmçinin oxuyun

“İcazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb” – İstintaq Komitəsi

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb. Bu barədə …