Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / “Tramp ABŞ-ı III dünya müharibəsinə aparır” – Senator

“Tramp ABŞ-ı III dünya müharibəsinə aparır” – Senator

ABŞ-ın senatoru, Respublikaçılar partiyasının üzvü Bob Korker prezident Donald Trapmın fəaliyyətini sərt tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, senator “The New York Times” müsahibəsində Trampın siyasətinin III Dünya Müharibəsinə gətirib çıxara biləcəyini deyib.
Korkerin sözlərinə görə, prezindet öz vəzifə öhdəliklərinə realiti şou kimi yanaşır: “O, məni narahat edir. Bu, ölkəni düşünən hər kəsi narahat etməlidir”. Daha sonra senator deyib ki, Tramp tələskənlik edir və tvitterdə yazdığı yazılarla ölkəyə ziyan verir.
Lakin Korker onu da vurğulayır ki, prezident kor-koranə addım atan zaman ətrafında onu sakitləşdirən insanların olması sevindirici haldır.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …