Şənbə , May 11 2024
Ana səhifə / Şou Biznes / Aygün “Altın Kelebek”dən niyə imtina etdi?

Aygün “Altın Kelebek”dən niyə imtina etdi?

Aygün Kazımova “Altın Kelebek Ödülleri -2017”də iştirakdən imtina edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə xalq artistinin prodüseri Şahin Qurbanov məlumat yayıb. 

Onun sözlərinə görə, mükafatlandırma mərasimindən imtinanın səbəbi sıx iş qrafikidir:

“Aygün Kazımovanın bu il təşkil olunacaq “Altın Kelebek” mükafatlandırma mərasimindəiştirak etməyə vaxtı yoxdur. Bizim qrafikimiz ilin əvvəlindən müəyyənləşib. Bilirsiniz ki, səkkiz ay “Crystal Hall2 konsertinə hazırlıq gedib. Və sentyabr ayında möhtəşəm konsert baş tutdu. Noyabr ayında isə “Daf Bama” mükafatı üçün hazırlıq gedir. Bu mükafatlandırma mərasimində də Aygün xanım Azərbaycanı təmsil edəcək.

Aygün xanımın demək olar ki, istirahətə vaxtı yoxdur. “Altın Kelebek” mükafatlandırması isə dekabr ayında olacaq. Həmin tarixə dəimzalanmış müqavilələrimiz, eyni zamanda Həmrəylik Günü və Yeni İl ilə əlaqədar bir sıra çıxışlarımız  var. Bu səbəbdən təklifi rədd etməli olduq. Əlbəttə ki, çox istərdik bu mükafatlandırma mərasimində istirak edək. Azərbaycanı hansı sənətçimiz təmsil edəcəksə, ona uğur arzu edirik”

Qeyd edək ki, sözügedən mükafat gecəsində əməkdar artist Röya Ayxan da namizəd göstərilir.

Həmçinin oxuyun

Müğənni Ziba Osmanlı qəza törətdi – 16 yaşlı qız yaralandı

Suraxanı rayonunda baş verən yol nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.  Mayın 8-də Suraxanı rayon ərazisində …