Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Toylarda havaya atəş açmaq rəsmən qadağan edildi

Toylarda havaya atəş açmaq rəsmən qadağan edildi

Türkiyədə toylarda şadlıq və sevinc əlaməti olaraq havaya atəş açılmasına rəsmən qadağa qoyulur.

Trend-in məlumatına görə, bu gündən etibarən Türkiyə Daxili İşlər Nazirliyi (DİN) 81 vilayətin vali və muxtarlarından toy zamanı havaya atəş açanlar haqqında yazılı olaraq polisə məlumat vermələrini xahiş edib.

Qeyd olunur ki, məclis başlamazdan əvvəl toy sahiblərindən mərasimdə silahdan istifadə edilməyəcəyi barədə yazılı iltizam alınacaq.

Bu qərar son zamanlar toylarda silahdan istifadə zamanı artan yaralanma və ölüm hallarının qarşısını almaq məqsədilə tətbiq olunur.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …