Cümə axşamı , May 2 2024
Ana səhifə / Dünya / Tbilisidə növbəti etiraz aksiyası – Günün sonuna qədər vaxt verildi

Tbilisidə növbəti etiraz aksiyası – Günün sonuna qədər vaxt verildi

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb.

“Qafqazinfo” xəbər verir ki, aksiyaya müxtəlif partiyanın nümayəndələri də qatılıb.

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edən etirazçılar, iyunun 20-də keçirilən aksiyanın amansızcasına dağıdılmasında iştirak edən polis əməkdaşlarının da cəzalandırılmasını istəyir.

Bundan başqa aksiyalar zamanı həbs edilənlərin də sərbəst buraxılması tələb olunur.

Qeyd edək ki, tələblərin yerinə yetirilməsi üçün günün sonuna qədər vaxt verilib.

Həmçinin oxuyun

Meral Akşeneri o əvəz etdi – FOTO

Türkiyədə müxalifətdə olan “İYİ” Partiyanın yeni sədri məlum olub. Belə ki, pariyanın bu gün keçirilən …