Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Prezidentin kadr islahatına yanlış don geyindirmək cəhdi…

Prezidentin kadr islahatına yanlış don geyindirmək cəhdi…

Prezidentin imzaladığı son sərəncamlarla reallaşan kadr dəyişiklikləri ətrafinda aktiv müzakirələrin aparılması əslində normaldir. Çünki söhbət olduqca strateji və dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb edən vəzifələrlə bağlı olan yenilikdən gedir. Amma bu məsələyə vəzifəyə təyinat alan şəxslərin regional mənsubiyyəti üzərindən yanaşıb, müəyyən təhlilərin aparılmasına cəhdlərin olunması da doğru deyil. Bəziləri asan təhlil metodu tapıb. Hansısa əslən naxçıvanlı olan şəxsi vəzifədən çıxaranda yazırlar ki, köhnə klan çökür. Bu kateqoriyadan olan şəxslərin vəzifəyə getdiyini görəndə isə bunu “Naxçıvan klanı”nın zəfəri kimi qəbul edirlər. Amma hamısı yanlış olan yanaşmalardı. Çünki aparılan siyasətin məğzindən görünür ki, bu cür məsələlərlə bağlı kadrların seçimində başlıca rolu sədaqət, peşəkarlıq oynayır. Hazırkı hakimiyyətin daxilində ölkə başçısına təsir etmək imkanı olan hansısa “klan”ın mövcudluğundan söhbət belə gedə bilməz . Bunların hamısı fərziyyələrdi. Bilmək lazımdır ki, hakimiyyətin daxilində yalnız bir güc və cazibə mərkəzi var, o da cənab Prezidentdir! Xüsusilə də radikal müxalif qüvvələrin hakimiyyətin daxilində güya mühüm təsir gücünə malik klanların olması ilə bağlı mövzu ətrafında etdiyi manipulyasiyalar Prezidentin rəhbərliyi ilə aparılan struktur və kadr islahatlarına kölgə salmağa hesablana bilərmi? Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan hökümətinin dövlət aparatının idarəçiliyində, kadrlar siyasətində ölkə konstitusiyasında da təsbitini tapmış “irqi, milli, dini, cinsi” mənsubiyyətinə görə hamı bərabərdir” yanaşmasına əsaslanan kadr təyinatları milli, dini, cinsi mənsubiyyətdən asılı olmayaraq xidmətlərə, sədaqət prinsiplərinə əsaslanaraq aparılır: “Əslində biz bu cür tendensiyaları elə radikal müxalifət partiyalarının öz daxilində görürük. Partiyanın sıravi üzvlərindən tutmuş, rəyasət heyəti üzvlərinə qədər qohum-tayfa nümayəndələrindən ibarət olan siyasi qurumların hakimiyyəti belə detallarla bağlı tənqid etməsi gülünc görünür. Həmin partiyaların rəhbərlərinin hətta mühafizəçilərinin hamısı kəndçiləri, əmisi oğlanlarından ibarətdir. Son təyinatların kiçik təhlili onu göstərir ki , dəyişikliklər Azərbaycanın mövcud təhlükəsizlik və siyasi reallığı nəzərə alınmaqla həyata keçirilib. Burada yalnız daxili deyil, xarici təhlükəsizlik faktorları da nəzərə alınıb. Vəzifələr güc-təhlükəsizlik instutularının möhkəmləndirilməsi məqsədilə bu sahədə təcrübəsi və ən əsası regionda əsas oyunçuların oyun üsüllarına bələd olan, eyni məktəbin məzunu sayılan kadrlarla həyata keçirilib. Odur ki, bunu hər hansı bir daxili faktora və ya regional amilə bağlamaq siyasi naşılıqdır. Ümimiyyətlə isə, komandaya sədaqət və bacarıqlar önəmlidir. Biz görürük ki, bu amillərə riayət edən kadrlar haralı və hansı millətin nümayəndəsi olmağından asılı olmayaraq irəli çəkilir, onlara böyük etimad göstərilir”. Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …