Ana səhifə / Dünya / Tarixi Azərbaycan şəhərində Ermənistanın Baş Konsulluğu açılıb

Tarixi Azərbaycan şəhərində Ermənistanın Baş Konsulluğu açılıb

Ermənistan İraq Kürdüstan Regional hökumətinin nəzarət etdiyi Ərbil şəhərində Baş Konsulluq açıb.

Məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.

Baş konsul Arşak Manukyan konsulluğun açılışı tədbirində bildirib ki, muxtar hökumətlə Ermənistan arasında ikitərəfli əməkdaşlığın gündəliyi də müəyyənləşdirilib.

Qeyd olunub ki, Ermənistanla İraqın şimalındakı muxtariyyət arasında son illər ticarət əlaqələri genişlənib.

Xatırladaq ki, 2017-ci ildə Ermənistanın o vaxtkı prezidenti Serj Sarqsyan Ərbildə Baş Konsulluğun açılması haqqında sərəncam imzalamışdı.

Həmçinin oxuyun

Gürcüstan prezidenti Avropadan KÖMƏK İSTƏDİ

Gürcüstan prezidenti Salome Zurabişvili bu gün Tbilisidəki iqamətgahında toplaşdığı Avropa İttifaqına üzv ölkələrin səfirlərindən “xarici …