Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Sürücülük vəsiqəsini almağa getdi, evli olduğunu öyrəndi – Video

Sürücülük vəsiqəsini almağa getdi, evli olduğunu öyrəndi – Video

Türkiyənin Giresun şəhər sakini Əminə Yılmaz sürücülük vəsiqəsini dəyişdirmək üçün əlaqədar idarəyə müraciət edib. Qadın elə həmin idarədə 1 ay öncə İstanbulda evləndiyini öyrənib.

Əslində bir neçə il əvvəl boşanmış qadın bu xəbəri eşidəndə təəccübündən nə edəcəyini bilməyib.

Qadın Haberler.com-a açıqlamasında bildirib ki, 1 ay öncə İstanbulda evlənmiş şəxsin bütün göstəriciləri özünə aid olsa da, şəkli başqadır. Baş vermiş anlaşılmazlığın səbəbi ilə bağlı ona heç kim açıqlama verməyib.

Buna görə də Əminə Yılmaz hadisə ilə bağlı rəsmi şikayət edib. Qadın psixoloji stress və sıxıntı yaşadığı üçün məhkəməyə müraciət edib, qarşılığında təzminat almaq istəyir. (Oxu.az)

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …