Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Son 10 ilin ən bahalı toyları

Son 10 ilin ən bahalı toyları

Son on ilin ən bahalı toyları siyahısında ilk pillədə şahzadə Harri və Meqan Marklın toyu qərarlaşıb.
Qafqazinfo xəbər verir ki, mərasimə 35 milyon funt-sterlinq xərclənib.
İkinci yeri şahzadə Uilyam və Keyt Midltonun toyu tutub. Bu, onlara 26 milyon funt-sterlinqə başa gəlib.
Siyahının üçüncüsü “Formula-1” prezidenti Berni Ekklstounun qızı Petranın biznesmen Ceyms Stentinlə nikah mərasimi olub. Cütlük buna 9 milyon funt-sterlinq xərcləyib.
Müğənni Castin Timberleyklə aktrisa Cessika Bilin, aktyor Corc Kluni ilə hüquqşünas Amal Alamuddinin, aktrisa Priyanka Çopra ilə müğənni Nika Conasın, model Kim Kardaşyanla reper Kanye Uestin, müğənni Elton Conla rejissor Devid Fernişin toyları da reytinqdə yer alıb.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …