Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda depozit və kreditlər üzrə orta faiz dərəcəsi azaldı

Azərbaycanda depozit və kreditlər üzrə orta faiz dərəcəsi azaldı

Azərbaycanda depozit və kreditlər üzrə orta faiz dərəcəsi ötən ilin noyabr ayı ərzində aşağı düşüb.

Hesabat ayında manatla depozitlər üzrə orta faiz 0,24 faiz bəndi azalaraq 9,31%, xarici valyutada isə 0,09 faiz bəndi azalaraq 1,93% təşkil edib.

Hesabata əsasən, 2019-cu ilin dekabrın 1-nə fiziki şəxslərin manat depozitlərində orta faiz dərəcəsi 9,76%, xarici valyutada yerləşdirilən əmanətləri üzrə isə 2,45% enib.

Bu müddətdə manatla verilmiş kreditlərin orta faiz dərəcəsi 14,34%-dən 14,18%-ə, xarici valyutada verilmiş kreditlər üzrə isə 6,69%-dən 6,16%-ə enib.

Hesabata əsasən, fiziki şəxslərə xarici valyutada verilmiş kreditlərin orta faiz dərəcəsində 2,74% azalaraq 8,87%, manatla kreditlər isə 0,17% azalaraq 16,96% olub.

Qeyd edək ki, ilin əvvəlindən fiziki şəxslərə verilmiş kreditlərin orta faiz dərəcəsində kəskin azalma qeydə alınıb. Belə ki, cari il yanvarın 1-nə bu kateqoriyadan olan kreditlər üzrə orta faiz dərəcəsi 14,67% təşkil edib.

AMB-nin məlumatına görə, manatla verilmiş banklararası kreditlərin orta faiz dərəcəsi noyabr ayı ərzində 0,02% bəndi azalaraq dekabrın 1-nə 9,16%-ə enib. Xarici valyutada isə bu kreditlərin orta faiz dərəcəsi 0,36% bəndi artaraq 3,40%-ə yüksəlib. / “APA-Economics”

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …