Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Soçidə Ruhaninin cangüdənləri türk diplomatları zaldan çıxarmaq istəyib…

Soçidə Ruhaninin cangüdənləri türk diplomatları zaldan çıxarmaq istəyib…

Rusiyanın Soçi şəhərində Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani arasındakı görüşə qədər Türkiyə və İran nümayəndə heyətləri arasında insident yaşanıb.

Türkiyə mətbuatının verdiyi məlumata görə, İran nümayəndə heyəti, o cümlədən İran İslam Respublikası Prezidentinin mühafizəsi təyin edilmiş vaxtdan tez gələn Türkiyə nümayəndə heyətini görüşün keçiriləcəyi zaldan çıxartmağa çalışıb.

Türkiyə nümayəndə heyəti isə görüş yerini tərk etməyib və protokola əsasən dövlət başçılarının gəlişinədək zala daxil olmaq haqlarının olduğunu bildirib.

İnsidentə görə prezidentlərin görüşü təqribən 10 dəqiqə ləngiyib/Trend.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …