Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / “Skripalın qızının vəziyyəti sürətlə yaxşılaşır, özünün isə…”

“Skripalın qızının vəziyyəti sürətlə yaxşılaşır, özünün isə…”

Böyük Britaniyanın Solsberi şəhərindəki insident nəticəsində xəsarət alan Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın qızı Yuliyanın vəziyyəti “sürətlə yaxşılaşır” və artıq kritik deyil.

TASS informasiya agentliyi xəbər verir ki, bunu martın 29-da Solsberi şəhər xəstəxanasından bildiriblər. Onun atası Sergey Skripalın vəziyyəti isə “ağır, lakin stabil” qalmaqdadır.

Xatırladaq ki, martın 5-də Solsberi polisi şəhərin ticarət mərkəzlərinin birinin yaxınlığında naməlum təhlükəli maddə ilə təmas nəticəsində iki nəfərin huşunu itirmiş vəziyyətdə aşkarlandığı barədə məlumat yaymışdı. Sonradan həmin şəxslərin Rusiyanın Baş Kəşfiyyat İdarəsinin Britaniyaya işləyən sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya olduğu aydınlaşıb. Onların sinir-iflicedici maddə ilə zəhərləndikləri və bu maddənin Rusiya istehsalı olduğu bildirilir. London insidentdə Rusiyanı təqsirkar görür, Moskva isə bu ittihamı qəti surətdə təkzib edir/Azərtac.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …