Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Siyasətə damğa vuran gözəllər – Fotolar

Siyasətə damğa vuran gözəllər – Fotolar

2018-ci ildə Belarusiya gözəli seçilən Mariya Vasileviç bir müddət öncə keçirilən parlament seçkilərində 28,9% səs toplaya bildi. Onun bu uğuru podiumdan siyasətə gələn digər gözəlləri bir daha gündəmə gətirdi.

Gözəllik tacını qazanan və daha sonra siyasi kariyeri ilə gündəmə gələn gözəlləri təqdim edirik:

Kayane Lopez 

2009-cu ildə Dünya gözəli seçilən K.Lopez Gibraltarda bələdiyyə sədri seçilib.

Viktoriya Lopyureva

2003-cü ildə Rusiya gözəli seçilən Viktoriya bundan bir müddət sonra BMT-nin xoşməramlı səfiri seçilib. Gözəl daha sonra isə FİFA səfiri seçilməsi ilə gündəmə gəlib.

Mara Karfanya 

1997-ci ildə İtaliyada “Kino gözəli” ünvanını qazanan Mara Karfanya 2006-ci ildə İtaliya parlementinə daxil olmağı bacarıb. O, 2008-ci ildə isə Bərabər İmkanlar üzrə nazir postuna yiyələnib.təyin edilib.

Kseniya Suhinova

Rusiya, daha sonra isə Dünya gözəli ünvanını qazanan Kseniya Suhinova hazırda Rusiyanın əhəmiyyətli qurumlarından birində ekoloji problemlərin həlli ilə məşğuldur.

Tuve Lil Leyte 

Norveç gözəli seçildikdən sonra siyasətə meyl edən T.L.Leyte Tərəqqi Partiyasının gənclər qolunun sədri olub.

Oksana Fedorova

2002-ci ildə Kainat gözəli seçilən Oksana Fedorova 2008-ci ildə regional Dumanın millət vəkili seçilib. 

Yunis Elizabet Olsen 

2000-ci ilin Sinqapur gözəllik kraliçası olan Y.Olsen 2004-cü ildə Sinqapur prezidentinin qərarı ilə Milli Məclis üzvü olub.

Sabrina Eldarqızı Yenisabah.az

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …