Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / “Şərqi Avropanın nüvə obyektlərini eyni anda vuracağıq” – Rusiyadan sərt xəbərdarlıq

“Şərqi Avropanın nüvə obyektlərini eyni anda vuracağıq” – Rusiyadan sərt xəbərdarlıq

“Smolensk vilayətindəki Desnoqorsk Atom Elektrik Stansiyasına (AES) NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Ukrayna və Şərqi Avropadakı bir sıra nüvə obyektlərinə eyni vaxtda zərbə endirməsi ssenarisini nəzərdən keçirmək lazımdır”.

Bu şərti Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında səsləndirib.

Siyasətçi Rusiyanın Cənubi Ukrayna AES, Rovno AES və Xmelnitski AES-ə zərbələr endirə biləcəyinə işarə edərək: “Utanmalı heç nə yoxdur”, -deyə yazıb.

Bu gün səhər saatlarında “Mash” teleqram kanalı Ukrayna qüvvələrinin Smolensk AES-ə hücum etməyə cəhd etdiyini bildirib. Telegram kanalının məlumatına görə, zərbənin Britaniyanın “Storm Shadow” qanadlı raketləri tərəfindən həyata keçirildiyi iddia edilir. Mərmilər saat 14:00 radələrində Bryansk vilayətinin Bıtoş kəndi üzərində Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

AzVision.az

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …