Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Rusiyalı “seks qaçaqmalçıları” Bəhreyndən deportasiya olunub

Rusiyalı “seks qaçaqmalçıları” Bəhreyndən deportasiya olunub

Qadınları cinsi istismara məcbur etmək məqsədilə nəzarət altında saxlayan iki rusiyalı qadın Körfəz ölkəsindən Rusiyaya deportasiya olunub, rəsmilər bildirir.

Bəhreyn polisi qadınları İnterpolun bildirişindən sonra həbs edib, Rusiyanın Daxili İşlər Nazirliyi bildirir.

Məlumata əsasən şübhəlilər saxta iş təklifi ilə gənc qadınları Bəhreynə aparan trafikinq qrupunun üzvləri olub.

Ölkəyə çatan kimi pasportları əlindən alınan qadınlar, fiziki təzyiq və hədələrlə fahişəliyə məcbur olunurmuş.

Trafikinqlə məşğul olan dəstə yoxsulluğun geniş yayıldığı Rusiyanın Ural bölgəsində fəaliyyət göstərib.

DİN trafikinq qurbanlarının 2011-2016-cı illərdə Udmurtiya, Perm və Çelyabinsk regionlarından cəlb olunduğunu bildirir.

Rusiya mediası xəbər verir ki, qadınlara neftlə zəngin Bəhreynin bar və restoranlarında gəlirli iş vəd olunarkən fahişəlik mövzusu dilə gətirilmirdi.

Dəstənin fəaliyyətilə bağlı 2013-cü ilin noyabr ayında cinayət işi açılıb.

“Fahişə və şahzadə nağılı” – “seks işçisi”nin insan siması

İyun ayında Perm regionundan Bəhreynə 23 qadının trafikinqində təqsirləndirilən qadına 6 illik həbs cəzası kəsilib.

Olqa Qoryaçixin hər bir qadına görə 17 min dollar ödəniş aldığı məlum olub.

Kommersant qəzeti həmin məbləğdən daha 6 dəstə üzvünə pay verildiyini bildirir.

Olqa Qoryaçix ifadə verərkən dəstənin fəaliyyətilə bağlı təfsilatlı məlumat verib.

İstintaq Bəhreyndəki başqa dəstə üzvlərini də müəyyən edib.

“Kommersant” nəşri yazır ki, cinayətkar şəbəkənin fəaliyyətilə bağlı məlumatı 18 ay seks köləliyində keçirdikdən sonra Bəhreyndən Rusiyaya qayıdan qadın verib (BBC).

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …