Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Dünya / Rusiyalı həmkarı ilə telefon danışğından sonra Ermənistan XİN başçısının qan təzyiqi qalxıb

Rusiyalı həmkarı ilə telefon danışğından sonra Ermənistan XİN başçısının qan təzyiqi qalxıb

Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığından sonra arterial təzyiqi qalxıb.

“Report” xəbər verir ki, bunu “168 jam” qəzeti yazıb.

Bildirilib ki, ötən həftə Zöhrab Mnasakanyan iş yerinə özünü pis hiss edib. Ermənistanın Xarici İşlər Nazirliyinə təcili tibbi yardım çağırılıb. Həkimlər onun arterial təzyiqinin birdən artıdığını müəyyən ediblər.

“XİN-dən olan mənbə təsdiqləyib ki, Zöhrab Mnasakanyanın təşəbbüsü ilə rusiyalı həmkarı Sergey Lavorv arasında telefon danışığı olub. Danışıq çox çətin və ağır keçib. Telefon danışığının detalları hələ ki, məlum deyil. Bununla belə danışğın Ermənistan nazir üçün arzuedilməz istiqamətdə keçdiyi göz önündədir”, – deyə qəzet vurğulayıb.

Həmçinin oxuyun

HƏMAS İsrailin atəşkəs təklifinə razılıq verib

HƏMAS terror təşkilatı İsraillə ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında aparılan müharibədə atəşkəsə razılıq …