Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Ermənilər torpaqlarımıza od vurdular – VİDEO

Ermənilər torpaqlarımıza od vurdular – VİDEO

Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun işğal altında olan torpaqlarına od vurması nəticəsində ərazidə böyük yanğın baş verib. 

Ərazidə quru ot, kol-kos üstünlük təşkil etdiyindən külək alovuntez bir zamanda böyüməsinə səbəb olub.

Yerli sakinlər bildiriblər ki, yanğın qısa müddət ərzində qoşunların təmas xəttini, sonra isə neytral zonanı ötərək Qaziyan və Qapanlı kəndləri ərazisinə keçib. Ərazidə taxıl zəmilərinin olmasını nəzərə alan əhali yanğınla mübarizəyə hazırlaşır.

Vəziyyətlə yerində tanış olmaq üçün “Aqrolizinq” əməkdaşları cəbhə bölgəsində olublar. Bildirilib ki, məhsulu vaxtında və itkisiz yığmaq üçün bütün texnika və kombaynlar ilk olaraq cəbhə bölgəsinə təhkim olunacaq.

Kənd sakinlərinin sözlərinə görə, yanğınlardan sonra cəbhə kəndlərində vəhşi heyvanların sayı xeyli çoxalıb.

oxu.az

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …