Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / “Rusiya dövlətimizdən daha da qorxacaq”- ZELENSKİ

“Rusiya dövlətimizdən daha da qorxacaq”- ZELENSKİ

“Rusiya Ukraynanın şərqində daha da genişmiqyaslı hücumlara keçəcək, Ukrayna hərbçiləri rusların  bu hərəkətlərinə hazırlaşır. Rusiya uduzmaqdan daha çox qorxacaq və buna görə də yeni həftə gərgin və məsuliyyətli olacaq”

Mu barədə Zelenski yayımlanan videomüraciətində danışıb.

“Gələn həftə də əvvəlki həftələr kimi əhəmiyyətli, gərgin və daha məsuliyyətli olacaq. Rusiya dövlətimizdən  daha da qorxacaq. Bu dəfə daha çox raket və bomba atılacaq. Biz onlara cavab verəcəyik. Biz Ukraynanın silahla təmin olunmasında, beynəlxalq aləmdə daha fəal olacağıq. Mən dünya parlamentlərinə və xalqlarına müraciət etməkdə davam edəcəyəm. Biz tərəfdaşlarımızı, digər dövlətlərin rəhbərlərini Kiyevdə və Ukraynanın digər şəhərlərində qəbul edəcəyik. Biz Ukraynaya kömək üçün daha da çox vəsait və resurs cəlb edəcəyik. Təbii ki, bunu əsaslandıracağıq. Rusiya Federasiyasına qarşı daha sərt sanksiyalar istəyəcəyik. Bizim cəsarətimiz və doğruluğumuz mütləq qalib gələcək”- o qeyd edib.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …