Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Qondarma Dağlıq Qarabağ xunta rejiminin keçirdiyi prezident seçkisi şoudan başqa bir şey deyil

Qondarma Dağlıq Qarabağ xunta rejiminin keçirdiyi prezident seçkisi şoudan başqa bir şey deyil

Dünyanın heç bir dövləti tərəfindən müstəqil dövlət kimi tanınmayan Dağlıq Qarabağ respublikasında keçirilən uydurma seçkiləri də heç bir dövlət tanımadı. İlk növbədə Minsk qrupunun həmsədrləri -Amerika,Fransa,Rusiya qondarma rejimin keçirdiyi seçkilərin nəticələrini tanımadıqlarını bildirdilər.14 aprel 2020-ci ildə keçirilən seçkiləri İslam Əməkdaşlıq Təşkilatı,  Qoşulmama hərəkatı, Avropa İttifaqı kəskin tənqid etdilər.

Təkcə Avropa Şurası bu məsələnin üzərindən sükutla keçdi.Son vaxtlar Avropa Şurası Azərbaycana qarşı uydurmalar yayır, saxta məruzələrlə çıxış edir, Ermənistanın tərəfini dəstəkləyir.

Hörmətli Prezidentimiz cənab İlham Əliyev Avropa dövlətlərində olan polis zorakılığını, nümayişçilərin döyülüb həbs edilməsini, öldürülməsini, aylarla keçirilən kütləvi ixtişaşları görməməzliyə  vurmalarını   qətiyyətlə pisləyir və Avropa Şurasının susmasını kəskin tənqid edir.

“Mən deyəndə ki,Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq bir şey deyil, bunu nəzərdə tuturdum. Bütün dünya  ictimaiyyəti görür ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir.”

Ölkəmiz Avropa Şurasına daxil olduğu gündən götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyi halda Azərbaycanla eyni vaxtda Avropa Şurasına daxil olan Ermənistan demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair öhdəliklərə, qəbul olunmuş qərarlara əməl etmir. Əksinə olaraq pandemiya dövründə bütün kütləvi tədbirlər, dövlətlərarası əlaqələrin dayandırıldığı bir vaxtda Şuşada keçirilən “andiçmə” mərasimini Avropa Şurası “düzgün hal” kimi qələmə verir.

Faşizmə xidmət etmiş Qaregin Nijdenin Yerevanda heykəli qoyulur. Avropa Şurası susur.

Böyük Vətən Müharibəsində əli Sovet əsgərinin qanına bulanan bu insan Avropa Şurası qəhrəman kimi qəbul edir,Ermənistanda əsirlikdə qalan  Dilqəm Əsgərov və Şahbaz Quliyev kimi mülki şəxslərin hüquqlarının pozulmasına Avropa Şurası heç nə demir.

Dağlıq Qarabağ Azərbaycanımızın tərkib hissəsidir.Dünyanın bütün ölkələri, Beynəlaxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edirlər. Bundan sonra Qarabağın statusundan söhbət gedə bilməz. Ölkə başçımız dəfələrlə bəyan edib “Dağlıq Qarabağa  hər hansı bir status yalnız Azərbaycanın tərkibində verilə bilər.”

Biz sülh tərəfdarıyıq və heç kimin torpağında gözümüz yoxdur. Dağlıq Qarabağ münaqişəsinin həllini, zəbt olunmuş torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq istəyirik. Lakin bu günə kimi Ermənistan dövləti hər vasitə ilə danışıqları pozur, sülh yolu ilə münaqişəni həll etmək istəmir.

Biz bu cəfəngiyyat hərəkətlərə son qoyacağıq və hərbi güc tətbiq etməklə torpaqlarımızı azad edəcəyik.

Düşmən gücümüzə yaxşı bələddir, bu dəfəki hücum aprel döyüşlərindən qat-qat güclü olacaqdır və düşmən ölkədə daş daş üstündə qalmayacaqdır.

Dünyanın bütün dövlətləri ilə qurduğumuz yüksək səviyyəli əlaqələrdən sonra bizə qarşı ölkələrin münasibətləri tamamilə dəyişib və onlar bizim haqq işimizi dəstəkləyirlər.

Mən əminəm ki, yaxın vaxtlarda təcavüzkarın başı əziləcək torpaqlarımız işğaldan azad olunacaq, qaçqın və köçkünlərimiz öz dədə-baba yurdlarına dönəcək, Azərbaycanımızın üçrəngli bayrağı doğma Qarabağımızda dalğalanacaqdır.

Həsənova Sədaqət Məmməd qızı

Nəsimi rayon təhsil işçisi

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …