Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / Qaşıqçını öldürənlər Ərəbistanda mühakimə olunacaq

Qaşıqçını öldürənlər Ərəbistanda mühakimə olunacaq

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr Bəhreyndə Manama Təhlükəsizlik Zirvəsində iştirak edib.

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, XİN başçısı çıxışında qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçı barədə açıqlamalar verib.

Belə ki, Cübeyr Səudiyyə hüquq-mühafizə qüvvələrinin türk həmkarları ilə birlikdə Türkiyədə hadisəni araşdırdıqlarını bildirib:

“Qaşıqçı cinayəti isterik bir hal aldı. Həqiqətlər istintaq davam etdikcə ortaya çıxacaq. Şübhəlilər Səudiyyə Ərəbistanında cəzalanacaq”.

Qeyd edək ki, AKP-nin qrup toplantısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, jurnalist C.Qaşıqçının ölümündə təqsirli bilinərək, Səudiyyə Ərəbistanında saxlanılan 18 nəfər şübhəli Türkiyədə sorğu-sual olunmalı və məhkəməyə çəkilməlidir. Çünki olay Türkiyə ərazisində baş verib.

Xatırladaq ki, “Wasington Post” qəzetinin əməkdaşı olan C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olub və bir daha ərazidən çıxmayıb. O, səfirliyə sənəd almaq üçün gedibmiş. Nişanlısı isə onu bayırda gözləyirmiş.

Səudiyyə Krallığı jurnalistin ölüm faktını yalnız 18 gün sonra təsdiqləyib. Hadisəyə ilə bağlı 18 nəfər saxlanılıb. Onlar arasında Səudiyyə xüsusi xidmət orqanlarının əməkdaşları da var.

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …