Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Putin Ukraynanın yeni rəhbərliyinə səsləndi: “İlk addımlarınızı gözləyirik”

Putin Ukraynanın yeni rəhbərliyinə səsləndi: “İlk addımlarınızı gözləyirik”

“Bu, prezident Pyotr Poroşenkonun siyasətinin tamamilə iflasıdır”.

RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı seçkilərin nəticələrini şərh edərkən deyib.

“Burada nəyi dəyərləndirmək olar? Bu, Poroşenko siyasətinin tamamilə iflasıdır. Mən əminəm ki, yeni hökumət bunu anlamaya bilməz. Onlar bunu çox yaxşı başa düşürlər. Onların ilk addımlarını gözləyək. Anlamaq başqa şeydir, xalqın maraqlarına cavab verən realist siyasət yürütmək başqa” – deyə Putin vurğulayıb.

Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Yekun nəticələrə əsasən, Vladimir Zelenski səslərin 73,22 faizini toplayaraq qələbəsini təmin edib. Hazırkı dövlət başçısı Pyotr Poroşenko isə 24,24 faiz səs toplayıb.

Bülletenlərin 2,31 faizi etibarsız hesab olunub.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …