Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Paytaxtda “inqilab” cəhdi – 263 fəal həbs edilib

Paytaxtda “inqilab” cəhdi – 263 fəal həbs edilib

Rusiyanın paytaxtı Moskva şəhərində icazəsiz aksiya keçirənlərdən 263 nəfəri saxlanılıb.

Cebhe.info Rusiya mediasına istinadən xəbər verir ki, onlar ayrı-ayrı polis bölmələrinə aparılıblar.

Qeyd edək ki, bundan 2 gün öncə Sankt-Peterburq, Krasnodar, Krasnoyarsk, Perm və Rostov şəhərlərində də icazəsiz aksiya keçirilib və təşkilatçılar həbs olunmuşdu.

Noyabrın 3-də Federal Təhlükəsizlik Xidməti məlumatı yaymışdı ki, həbs olunanlar “Artpodqotovka” (Artilleriya hazrılığı)hərəkatının üzvləridir.

Qeyd edək ki, təşkilatın rəhbəri, hazırda xaricdə olan millətçi Vyaçeslav Maltsev Dövlət Dumasına seçkilərdən sonra elan etmişdi ki, Rusiyada inqilab hazırlayır və bu inqilab noyabrın

5-də həyata keçirilməli idi.

 

 

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …