Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Paşinyan Putinlə görüşü zamanı 4 dəqiqəlik çıxışında 10 dəfə şparqalkaya baxdı

Paşinyan Putinlə görüşü zamanı 4 dəqiqəlik çıxışında 10 dəfə şparqalkaya baxdı

Rusiyaya işgüzar səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə erməni rəqibləri üçün lağlağı obyektinə çevrilib.

Serj Sərkisyanın rəhbərlik etdiyi Respublika partiyasının sədr müavini Armen Aşotyan Paşinyanın Rusiya prezidenti ilə görüşündən bəhs edən videokadrları “sərf-nəzər” edib. Onun sözlərinə görə, həmin videodan görünür ki, Ermənistanın baş naziri Paşinyan strateji müttəfiqləri ilə münasibətlər çərçivəsində, hətta ikitərəfli hərbi əməkdaşlıq formatını, hərbi-texniki adları xatırlamır və dəqiq bilmir. Bu mənada o, N.Paşinyanın tez-tez “şparqalka”ya baxmasını irad tutaraq, onu ələ salıb, hətta kobud ifadələrlə aşağılayıb.

Armen Aşotyan

O, “bu cahil və səliqəsiz avara” adlandırğı N.Paşinyanın hələ də Ermənistanı və erməni xalqını təmsil etməsini utancverici sayıb. Kadrlardan da görünür ki, baş nazir doğrudan da səliqəsiz əyləşib və pencəyinin bir hissəsi kreslonun üstünə aşıb. A.Aşotyan N.Paşinyanın prezident Putinlə görüşü zamanı 4 dəqiqə 37 saniyəlik çıxışında 10 dəfə “şparqalka”ya baxmasına da diqqət çəkib və heyrətini ifadə edib. Musavat.com

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …