Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / On ölkənin səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

On ölkənin səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankaradakı səfirləri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Məlumata görə, diplomatlar Türkiyə hakimiyyəti tərəfindən 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilən Osman Kavalanın məhkəməsi ilə bağlı sosial şəbəkələrdə səsləndirdikləri ifadələrlə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə dəvət edilib.

“Diplomatlar Kavalanın sərbəst buraxılmasını tələb edərək, onun məhkəməsinin guya “Türkiyədə demokratiyaya və qanunun aliliyinə kölgə saldığını” söyləyiblər”, – deyə mənbə “Anadolu” agentliyinə bildirib.

Qeyd edilir ki, diplomatik missiya rəhbərlərinin bu gün səhər Türkiyə Xarici İşlər Nazirliyinə gəlişi gözlənilir. Report

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …