Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İdman / Avropa çempionatı: Azərbaycanın futzal millisinin rəqibləri bəlli olub

Avropa çempionatı: Azərbaycanın futzal millisinin rəqibləri bəlli olub

Futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Niderlandın Zeist şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Gürcüstan, İspaniya və Bosniya və Herseqovina yığmaları ilə birlikdə D qrupunda mübarizə aparacaq.

Final mərhələsinə sonuncu vəsiqənin sahibi noyabrda Belarus və Serbiya yığmaları arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.

A qrupu: Niderland, Serbiya / Belarus, Ukrayna, Portuqaliya

B qrupu: Qazaxıstan, İtaliya, Sloveniya, Finlandiya

C qrupu: Rusiya, Polşa, Slovakiya, Xorvatiya

D qrupu: Gürcüstan, İspaniya, Azərbaycan, Bosniya və Herseqovina

Qeyd edək ki, 19 yanvar – 6 fevralda Niderlandda keçiriləcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə baş tutacaq. İndiyədək İspaniya 7, İtaliya 2, Rusiya və Portuqaliya isə hərəyə 1 dəfə Avropa çempionu olub. Gürcüstan, Finlandiya, Slovakiya, Bosniya və Herseqovina isə həlledici mərhələdə debüt edəcəklə. Report

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …