Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Ölən qıza “iPhone” başdaşı qoyuldu – Foto

Ölən qıza “iPhone” başdaşı qoyuldu – Foto

Rusiyada “iPhone” telefonunu çox sevən qıza “iPhone 6” model tipli başdaşı qoyulub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 28 yaşlı Rita Raisovnanın Ufadakı qeyri-adi qəbri hər kəsi təəccüblədirir. Qara qranitdən hazırlanan məzar daşının ekranında Ritanın şəkli, adı, təvəllüdü və öldüyü il yazılıb.

Başdaşının yan tərəfində səsgücləndirici, arxa paneldə kamera, “Apple” loqosu və markanın adı yer alıb.

Ölən qızın ailəsi haqda məlumat verilməsə də “iPhone” başdaşının 1800 dollara başa gəldiyi və Novosibirsk əyalətində hazırlandığı məlum olub.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …