Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Nikol Paşinyan istefa verdi

Nikol Paşinyan istefa verdi

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib.

Bu barədə o, xalqa müraciətində bildirib.

Paşinyanın istefası Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədardır.

“Bu gün konstitusiya müddəalarını tətbiq etmək və parlamenti buraxmaq üçün istefa verirəm. İstefanı başqa gün edə bilərdim, amma bunu Vətəndaşlar Günündə etməyə qərar verdim. Beləliklə, vətəndaşdan alınan hakimiyyəti ona qaytarırıq ki, gələcək hökumətin taleyini azad, ədalətli və rəqabətli seçkilər yolu ilə həll etsin”,-deyə Paşinyan bildirib.

Eyni zamanda, Paşinyan müvəqqəti hökumət başçısı kimi vəzifələrini yerinə yetirməyə davam edəcək.

Xatırladaq ki, Ermənistanda iyunun 20-də erkən parlament seçkiləri baş tutacaq. Ermənistan parlamenti seçkilərin proporsional sistemlə keçirilməsinə dair qanuna dəyişiklik layihəsini təsdiqləyib.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …