Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Goranboy rayonunda “Biznes Forum” keçirilib – Fotolar

Goranboy rayonunda “Biznes Forum” keçirilib – Fotolar

Goranboy rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə birgə, Goranboy rayonunda Biznes Forum keçirib.
Tədbir iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyevin Goranboy rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək Dahi Şəxsiyyətə ehtiramlarını bildirdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi.
Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Respublika Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Konfederasiyanın Gəncə, Mingəçevir, Ağstafa və yerli nümayəndələri, sahibkarlar, iş adamları, rayonun aidiyyəti idarə-təşkilat rəhbərləri, ictimai fəallar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə, ölkədə sahibkarlığın inkişafına dövlət qayğısının olduğuna və özəl sektorun inkişafına xüsusi diqqət yetirildiyinə diqqət çəkən İcra başçısı Məhərrəm Quliyev çıxış edərək yerli istehsalın və sahibkarlığın stimullaşdırılması üçün bir sıra vergi güzəştlərinin tətbiqi və sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsinin bu qayğının nəticəsi olduğunu bildirdi. Sahibkarlar Konfederasiyasının Goranboy nümayəndəliyinin fəaliyyətinə də toxunan İcra Başçısı Nümayəndəliyin qısa müddətdə gördüyü işləri yüksək qiymətləndirdi.
Digər çıxışlarda vurğulandı ki, Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı Prezident cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar sahibkarlığın dinamik inkişafı və ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün geniş imkanlar açır.
Tədbirdə Konfederasiyanın Həmkarlar Komitəsinin rayon təşkilatına sədr seçildi.
İcra Başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən “ölkədə sahibkarlığın inkişafına verdiyi dəstəyə görə” Fəxri Fərmanı ilə təltif edildi və bu münasibətlə Konfederasiyanın prezidenti Məmməd Musayevin təbriki çatdırıldı.
Tədbirin sonunda bir qrup sahibkar, iş adamları və ictimai fəallar Goranboy rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edildilər.

Azinforum.az

Həmçinin oxuyun

Şuşalılar doğma yurduna qayıdırlar – VİDEO

“May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin …