Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / “Navalnını zəhərləyənləri təcili tapın!” – Merkel və XİN rəhbəri Putinə çağırış etdi

“Navalnını zəhərləyənləri təcili tapın!” – Merkel və XİN rəhbəri Putinə çağırış etdi

Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Heyko Maas Rusiya hakimiyyətini müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinin bütün təfərrüatlarını təcili araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırıblar.

Merkel və Maas belə bir bəyanatı avqustun 24-də ”Charite ” xəstəxanasının Aleksey Navalnın zəhərlənməsi ilə bağlı yaydığı açıqlamadan sonra veriblər. Beləki, xəstəxananın bazar ertəsi yaydığı açıqlamada rusiyalı müxalifət lideri Aleksey Navalnının “xolinesterazanın inhibitorları qrupu”ndan olan toksiki maddənin təsirinə məruz qaldığı deyilir. 

Açıqlamada deyilir ki, xüsusi maddə hələlik məlum deyil və daha geniş miqyaslı təhlil başlanıb. (azadliq.org)

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …