Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Sərdar Cəlaloğlu: “Bu, Siyavuş Novruzovun siyasi həyatında ən düzgün addımı idi”

Sərdar Cəlaloğlu: “Bu, Siyavuş Novruzovun siyasi həyatında ən düzgün addımı idi”

Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verib. Artıq onun istefası hakim partiya tərəfindən qəbul olunub. Bu barədə axar.az-a YAP funksioneri Hüseyn Paşayev məlumat verib.

S.Novruzovun istefasına səbəb avqustun 18-də AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin qızının toy mərasimində iştirak etməsi və ondan sonra yaşanan məlum olaylardır.

“Hesab edirəm ki, bu addım Siyavuş Novruzovun öz davranışına adekvat reaksiyasıdır”.

Bunu axar.az-a açıqlamasında S.Novruzovun həm deputat, həm də partiya həmkarı olan Elman Nəsirov  deyib. Onun sözlərinə görə, indiki halda məlum toy qalmaqalı fonunda baş verənlər çox böyük rezonansa səbəb olub: “Siyavuş müəllim təcrübəli siyasətçidir. Vəzifədən istefa verməklə bağlı addımı yəqin ki, ölçüb-biçdikdən sonra atıb. Onun müraciətindən belə bəlli oldu ki, Ramiz Mehdiyev Siyavuş müəllimi aldadıb.

Elman Nəsirov: “Nar festival dövlətin aqrar sahəyə diqqətindən ...

İstənilən halda aldanmağın özü də məsuliyyətdən azad etmir. Aldadan tərəfin özü də məsuliyyət daşıyır. Həmin aldadan tərəfin özü də adekvat cəza ilə üz-üzə qala bilər. Eyni zamanda, aldanılan tərəf də cəzalanıb”.

525-ci Qəzet - Aydın Mirzəzadə: "İcra başçısının tutulması ...

YAP-ın digər deputatı, partiyanın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə qeyd edib ki, artıq partiyanın sədri də bununla bağlı münasibətini bildirib: “Bu məsələdə partiya da öz fikrini bir daha qətiyyətlə ifadə edib”.

Deputat Məlahət İbrahimqızı: "Qardaşımın həbsi ilə bağlı yayılan ...

YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı isə bildirib ki, Novruzovun istefası çox doğru qərardır: “Bu, cəmiyyətdə çox ciddi narazılıq yaratmışdı. Həqiqətən də Siyavuş Novruzov və toyda iştirak etmiş digər vəzifəli şəxslərin bu hərəkəti qəbuledilməz və bağışlanmaz hərəkətdir. Bu toyda iştirak edən dövlət məmurları və deputatlar da qanun çərçivəsində cavab verməli və cəzalandırılmalıdır”.

Deputat bildirib ki, cəza ilə bərabər, həmin şəxslər ictimaiyyətdən üzr də istəməlidir: “Koronavirus pandemiyası və karantin qaydalarından əlavə biz Tovuz müharibəsində qəhrəman kimi ər igidlər şəhid vermişik. Sıravi əsgərdən generala qədər. Xalqımızın adət-ənənəsinə görə 40 gün matəm olmalıdır. Həm toy təşkilatçıları, həm də toyda iştirak edənlər şəhid ailələrindən də xəcalət çəkməlidirlər. Biz ”ağsaqqal” deyəndə ağarmış saqqal nəzərdə tutmuruq, ağsaqqal müdriklik rəmzidir. Hər alimə və ya hər universitet bitirənə ziyalı deyilmir. Ziyalının həm də əxlaqı olmalıdır. Və ya siyasətçinin mənəviyyatı olmasa, seçicinin bütün arzuları puç olar. Bu mənada hər kəs qanun qarşısında cavab verməli və öz günahlarını yumaq üçün müvafiq adekvat addımlar atmalıdırlar”.

Sabir Rüstemhanlı - Vikipedi

VHP sədri, deputat Sabir Rüstəmxanlı isə konkret.az-a deyib: “O, YAP-ın rəhbər vəzifəsində təmsil olunurdu. Mənə elə gəlir ki, Siyavuş Novruzovun bu addımı düzgündür. Məlum toy məsələsi bilirsiniz ki, son bir neçə gündə çox müzakirə olundu. Siyavuş Novruzov istefa verməsəydi, başqa problemlər də çıxacaqdı. Sabah kimdənsə qanunlara riayət etməsi tələb edilən zaman bu məsələ yenə ortaya atılacaqdı. Ona görə də Siyavuş Novruzov çox ciddi və nümunəvi addım atdı. Həyatda səhvlər də, yalnışlıqlar da, diqqətsizliklər də, təsadüflər də ola bilir. Belə hallarda hər kəs tutduğu vəzifəyə, təmsil elədiyi partiyaya, xalqa, dövlətə, qanunlara hörmət etməlidir. Məncə, Siyavuş Novruzov istefa verməklə doğru addım atdı. Bir çox vəzifədə olub böyük yalnışlıqlar edən insanlara nümunə oldu. Elə insanlar var ki, yüksək vəzifədədədir. Böyük yalnışlıqlara yol versələrdə, problemləri ilə müzakirə obyektinə çevrilsələr də, yenə də həmin vəzifədə otururlar. Düşünürəm ki, Siyavuş Novruzov təmsil etdiyi partiyaya uyğun düzgün addım atdı”.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva pandemiya başlağdı ilk günlərdən dövlətin gücünü insanların sağlamlığının, təhlükəsizliyinin təmin olunmasına yönəldib . Məhz bunun nəticəsi olaraq ölkədə vəziyyəti nəzarət altına almaq mümkün olub. Cənab prezident təkcə ölkə daxilində deyil, qlobal pandemiyaya qarşı mübarizədə beynəlxalq aləmin həmrəyliyinin səfərbər edilərək, birgə mübarizə aparması istiqamətində çox ciddi səyləri olub. Dünya birliyi Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirir. Bunu kimsə dana bilməz və fəaliyyət, görülən işlər ortadadır. Belə olan halda ölkə daxilində bəzi şəxslər tutduqları vəzifə səlahiyyəti və məqamından istifadə edərək cənab Prezident və Birinci vitse-prezidentin bu istiqamətdə gecə-gündüz yorulmadan göstərdiyi fəaliyyəti və siyasətə kölgə salan hərəkətlər etməklə məşğuldurlar”.

İlham Məmmədov: Koronavirusla mübarizədə vətəndaşlar da öz ...

Bunu öllkə.az-a açıqlamasında YAP-çı deputat İlham Məmmədov deyib. Onun sözlərinə görə, adamda təəssüf doğuran məqam ondan ibarətdir ki, bir çox hallarda ölkə başçısının yürütdüyü siyasətə kölgə salıb, pandemiya ilə bağlı ölkədə tətbiq edilən qaydaları pozanlar ölkədə insanların sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qəbul edilən qanun və qərarların qəbulunda iştirak edib, səs verən, onun icrasını birbaşa həyata keçirən vəzifəli şəxslərin olmasıdır. “Cənab Prezidentin yürütdüyü siyasəti birbaşa icra edən şəxslərin cəmiyyətə nümunə olmaq əvəzinə, onu kobud pozması əslində ölkə başçısının yürütdüyü siyasətə kölgə salmaqla cəmiyyətdə ikrah hissi oyadır. Səlahiyyət sahiblərinin bu qanunsuz hərəkətləri bir çox hallarda haqlı narazılıqlara səbəb olur. Bu günlərdə AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsi, sabiq deputat İlham Əliyevin qızının toy mərasimi də bu qəbildən olan hərəkətlərdəndir. Uzun müddət dövlət başçısının siyasətinin birbaşa icraçısı olan və hazırda elm ocağına rəhbərlik edən Ramiz Mehdiyevin, o cümlədən sabiq deputat İlham Əliyevin bu addımı ancaq və ancaq Prezidentin yürütdüyü siyasətə kölgə salmaq kimi dəyərləndirilməlidir.

Onların belə bir səhvi etməyə haqları yoxdur. Cəmiyyətdə yüksək məqam tutan şəxslərin belə bir hərəkət etməsi bilməyərkdən yox, bilərəkdən ölkə başçısının yürütdüyü siyasətə qarşı getmək deməkdir. Toyda iştirak edən YAP-dan seçilən millət vəkili Siyavuş Novruzov və digər şəxslərin iştirakını çox səhv addım hesab edirəm. Çünki toyda iştirak edən insanların bir qismi zamanında yüksən vəzifədə çalışan insanlar olub və hazırda da müxtəlif elm ocaqlarında fəaliyyət göstərirlər. İştirak edənlar arasında hazırda yüksək vəzifə sahibləri də olub. Onların bu hərəkətini ölkə başçısının yürütdüyü siaysətə kölgə salmağa cəhd kimi dəyərləndirirəm. Ona görə də cənab Prezidentin yürütdüyü siyasətə, müəyyən etdiyi fəaliyyət istiqamətlərinə qarşı çıxanlar ciddi cəzalandırılmalıdır. YAP-ın bu məsələdə mövqeyi qətidir və bununla bağlı iradəsi ortadadır.

Hesab edirəm ki, bu şəxslər öz etdiyi qanunsuz əməllərə görə siyasi mədəniyyət nümayiş etdirməli və tutduqları vəzifədən istefa verməlidir. Artıq YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov belə bir addımı atıb. Belə bir anoloji addımı digərləri də atmalıdır. Düşünürəm ki, uzun müddət dövlətdə ən yüksək vəzifə tutan və hazırda Azərbaycanın elm ocağına rəhbərlik edən AMEA prezidenti Ramiz Mehdiyev də siyasi mədəniyyət nümayiş etdirib, cəmiyyətdən üzr istəyib, analoji addım atacaq. Əgər belə bir addım atılarsa, o zaman cəmiyyət onların bu hərəkətini anlayışla qarşılayar. Əks təqdirdə onların bu hərəkəti dövlət başçısının yürütdüyü siyasətə kölgə salmaq üçün bilərəkdən atılan addım kimi dəyərləndiriləcək”.

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər ...

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”da S.Novruzovun bu addımını doğru hesab edir: “Bir şəxs partiyasını hansı təzyiqlər altında qoyduğunu anladı və çıxış yolu üçün bu qərarı gördü. Doğru olaraq da istefa verdi. Düşünürəm ki, partiyasını müəyyən qınaqlardan, təzyiqlərdən də xilas da etdi. Onun partiya yoldaşları da lazım gələrsə, bu addımı atmağı bacarmalıdırlar. Deyərdim ki, bəlkə də Siyavuş Novruzovun siyasi həyatında ən düzgün addımı idi. Hər halda özü-özünü cəzalandırdı və bununla etiraf etdi ki, atdığı çox ciddi bir siyasi səhv olub. Bir şəxsə görə təmsilçisi olduğu qurum, yaxud hakimiyyət töhmətlə üzləşib, zərər çəkməməlidir. Onun bu addımını alqışlayıram və onu təbrik edirəm. Ümumiyyətlə, hakimiyyəti təmsil edən hər kəs bu addımdan nümunə götürməlidir. Azərbaycanda istefa mədəniyyəti olmalıdır. Gərək səni həbs edələr, yaxud zorla qovalar? Sənin özün görürsən ki, yanlış bir hərəkət etmisən, hərəkətin dövlətə, hakimiyyətə qarşı çox böyük narazılıq yaradıb. Belə olan halda sən istefa verməklə səmiyyətini də nümayiş etdirmiş olursan”.

ADP sədri deputatın istefasının onun üçün gözlənilməz olduğunu da qeyd etdi: “Əvvəldə o demişdi ki, əcəb edib getmişəm. Bu baxımdan qərar mənim üçün gözlənilməz oldu. Verilən məlum cəzalardan sonra belə bir addımın atılmasını qanunauyğun hesab edirəm. Göründüyü kimi, bundan sonra başqa cür hərəkət etmək mümkün deyildi”. Musavat.com

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …