Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Müharrem İncə tərəfdarlarına səsləndi: “”Anadolu”ya inanmayın, qutuların başında qalın, əsla qorxmayın”

Müharrem İncə tərəfdarlarına səsləndi: “”Anadolu”ya inanmayın, qutuların başında qalın, əsla qorxmayın”

CHP-nin prezidentliyı namizədi Muharrem İncə Türkiyə Yüksək Seçim Kurulunun (YSK) qarşında bəyanat verib.

Strateq.az xəbər verir ki, o, tərəfdarlarına YSK qarşısından çağırış edib: “Seçki qutularına sahib çıxın. Bütün müşahidəçilərimizdən, tərəfdarlarımızdan bunu çox xahiş edirəm. Bu seçkini “Anadolu” agentliyi deyil, millət müəyyən edəcək. Nə edirlərsə, etsinlər, biz qazanacağıq, buna şübhəm yoxdur”.

CHP namizədi bildirib ki, “Anadolu” bu dəfə də “ənənə”sinə sadiq qalıb, Ərdoğanın ən çox səs qazanacağı dairələrdən başlayaraq, nəticələri yaymağa başlayacaq: “Bununla xalqı aldatmağa, həvəsdən salmağa çalışacaqlar. Bu “nömrə”ni yenidən işə salacaqlaq. Ancaq siz buna aldanmayın, qutuların başından qəti çəkilməyin. Səsvermə sayılıdıqdan sonra imzalı protokolları aldıqdan sonra YSK önünə toplanın. Biz millətin haqqını qorumaq üçün burdayıq”.

İncə vəkillərə də müraciət edib: “Siz də hazır olun, sizə də çox böyük işlər düşə bilər. Heç nədən qorxmayın. Qorxuları üstünüzdən atın”.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …