Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Moskvada hakimiyyət əleyhinə kortəbii mitinq

Moskvada hakimiyyət əleyhinə kortəbii mitinq

Moskvanın Puşkin meydanına uzun illərdir ki, bu qədər insan toplaşmayıb.

mk.ru xəbər verir ki,  Kemerovoda “Qış albalısı” Ticarət Mərkəzində (TM) baş vermiş yanğında həlak olmuş qurbanları anmaq üçün, ümumxalq mitinqində on minlərlə insan iştirak edib.

İnsanlar kütləvi şəkildə klassik rus şairinin abidəsi ətrafına axın edir.

Aksiyada müxalif fəalların iştirak etməsinə baxmayaraq,  sakinlərin çoxu səssiz şəkildə abidənin önünə güllər və oyuncaqlar qoyur, həlak olmuş insanlar üçün dualar edir.

OMON qüvvələri təhlükəsizlik məqsədilə ətrafda dəmir çəpərlər quraşdırıb.

Artıq yerli vaxtla 19:00-dan Puşkin meydanı tamamilə dolub.

Sosial şəbəkələrdə təşkil olunan aksiyanın əsas tələbi nümayişdə heç bir siyasi təşviqat, şüarlar, siyasi kontekstli plakatlardan istifadə olunmaması olub.

Ancaq bir çox iştirakçılar təşkilatçıların bu tələblərinə məhəl qoymur.

Anım mitinqinə qatılan müxalifət lideri Aleksey Navalnı belə, müxalif fəalları bu fikirdən daşındıra bilməyib.

Jurnalistlərə verdiyi açıqlamada Navalnı Puşkin meydanına təşviqat üçün yox, öz vətəndaşlıq borcunu yerinə yetirmək məqsədilə gəldiyini vurğulayıb.

Xatırladaq ki, Kemerovo şəhərinin TM-də baş vermiş yanğın 64 nəfərin həyatına son qoyub.(oxu.az)

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …