Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov İddiaçılar turnirinin qalibi ola bilmədi

Şəhriyar Məmmədyarov İddiaçılar turnirinin qalibi ola bilmədi

Xəbər verdiyimiz kimi, rusiyalı Aleksandr Qrişuk Fabiano Karuananı (ABŞ) məğlub edəcəyi təqdirdə Şəhriyar Məmmədyarov turnirin qalibi olacaqdı. Lakin həmin oyunda turnirin lideri olan Fabiano Karuana Aleksandr Qrişuku məğlub edərək birinciliyi əldən verməyib.

Tur çərçivəsində keçirilən Uesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) və Liren Dinq (Çin) – Sergey Karyakin (Rusiya) qarşılaşmalarında qalib müəyyənləşməyib.

Virtualaz.org bildirir ki, beləliklə, iddiaçılar turnirinə martın 27-də yekun vurulub. 14-cü turdan sonra aktivində 9 xal olan Fabiano Karuana turnirin qalibi olub. Şəhriyar Məmmədyarov yarışı 8 xalla ikinci, eyni xala malik olan Sergey Karyakin üçüncü pillədə başa vurub. Liren Dinq 7,5 xalla dördüncü olub. Vladimir Kramnik və Aleksandr Qrişuk 6,5 xalla beşinci-altıncı yerləri bölüşüblər. Uesli So 6 xalla yeddinci yerdə qərarlaşıb. Aktivində 4,5 xalı olan Levon Aronyan isə sonuncudur.

İddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Berlin turnirinin qalibi olan Fabiano Karuana noyabrda Londonda dünya şahmat tacı uğrunda mübarizədə bu titulun hazırkı sahibi norveçli Maqnus Karlsen ilə oynayacaq.

Onu da qeyd edək ki, İddiaçılar turnirinin qalibi həm də 95 min avroya sahib olub. Şəhriyar Məmmədyarov isə 88 min qazanıb. Digər yerlərin sahibləri müvafiq olaraq, 75 min, 55 min, 40 min, 28 min, 22 min və 17 min avro qazanıblar.

**

23:12

Berlində keçirilən şahmat üzrə İddiaçılar turnirinin 14-cü turunda Azərbaycan idmançısı Şəhriyar Məmmədyarov rusiyalı qrossmeyster Vladimir Kramniklə üz-üzə gəlib.

Virtualaz.org bildirir ki, gərgin keçən partiyada tərəflər bərabərliyə razılaşıblar.

Paralel keçirilən partiyada isə Aleksandr Qrişuk və Fabiano Karuana arasında mübarizə davam edir. Amerikalı şahmat ustası qələbəyə daha yaxındır.

Hazırda Karuana, Karyakin və Şəhriyarın hərəsinin aktivində 8 xal var. Partiya başa çatdıqdan sonra Karuananın liderliyə yüksələcəyi gözlənilir.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …