Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Merin Bakı səfəri büdcəyə baha başa gəldi – Polşada narazıdırlar

Merin Bakı səfəri büdcəyə baha başa gəldi – Polşada narazıdırlar

Polşanın Qdansk şəhərinin ictimaiyyəti və jurnalistləri merin və məmurların xarici səfərlərinə böyük məbləğdə vəsaitin xərclənməsindən narazılıq edirlər.

“ Azinforum.az ” Virtualaz.org-a istinadən xəbər verir ki, yerli “Trojmiasto” nəşrinin məlumatına əsasən, 2017-ci ildə Qdansk merinin və məmurlarının xarici səfərlərinə 1,5 milyon zlotı xərclənib. Və onlar ən çox Azərbaycana, Çinə, Türkiyəyə, ABŞ-a və İsrailə səfər ediblər.

Nəşrin məlumatına görə, vergi verənlərə ən baha başa gələn şəhər merinin və onun müavininin 14 – 18 avqustda Bakıya (Ümumdünya boyskaut konfransının işində iştirak etmək üçün) səfərləri olub.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …