Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Moskvada bu da oldu: qeyri-iş günlərində spirtli içki satılmayacaq

Moskvada bu da oldu: qeyri-iş günlərində spirtli içki satılmayacaq

Rusiya paytaxtı Moskvada may bayramları günlərində bütün növ spirtli içkilərin satışına qadağa qoyulub. Mağazalarda, yeraltı keçidlərdə, park və meydanlarda alkoqollu içkilərin satışı dayandırılacaq.

Qadağa 29 aprel – 2 may və 9 may Qələbə günü günü qüvvədə olacaq.

Qadağaya səbəb kimi bayram günlərində baş verə biləcək bədbəxt hadisələrin qarşının qabaqcadan alınması göstərilir.

Qeyd edək ki, 29-30 aprel, 1-2 may və 9 may günləri Rusiyada qeyri-iş günləri hesab olunur.(Modern.az )

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …