Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Misir ordusu 10 terrorçunu məhv edib- Sinayın şimalında

Misir ordusu 10 terrorçunu məhv edib- Sinayın şimalında

Misir ordusunun hərbçiləri Sinay yarımadasının şimal və mərkəzi hissəsində keçirilən “Sinay-2018” genişmiqyaslı antiterror əməliyyatı zamanı 10 terrorçunu məhv ediblər.

Trend-in məlumatına görə, bundan əlavə ekstremist fəaliyyətdə şübhəli bilinən təxminən 250 nəfər saxlanılıb.

Əməliyyat zamanı bir neçə partlayıcı qurğu, silah anbarı, sığınacaqlar və Liviya ilə sərhəddən qeyri-qanuni yol ilə ölkəyə keçmək istəyən silah dolu 11 avtomobil məhv edilib.

Terrorçularla toqquşmalarda 4 Misir hərbçisi həlak olub, 4-ü isə yaralanıb.

Qeyd edək ki, “Sinay-2018” antiterror əməliyyatı fevralın 9-u başlayıb. Əməliyyat başladığı gündən yarımadada təxminən 100 terrorçu məhv edilib.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …