Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Məşhur ailələrin övladları bir arada – Fotolar

Məşhur ailələrin övladları bir arada – Fotolar

Noyabrın 18-də Rusiyanın Moskva şəhərində “Tatler” jurnalının debütantlarının Balı keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə ənənəvi olaraq Rusiyanın məşhur ailələrinin nümayəndələri iştirak edib.

Bu il Bala qatılan debütantları təqdim edirik:

Katerina Boyarskaya (21 yaş) – Rusiyanın Xalq artisti Mixail Boyarskinin nəvəsi (mərkəzdə), Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə Komitəsi sədrinin birinci müavini Sergey Boyarskinin qızı (sağda).

Anna Yunusova (16 yaş) – reper Timur Yunusovun (Timati) bacısı, “Stratus Handel & Finanz AG” maliyyə şirkətinin tərəfdaşı İldar Yunusov və dekorator İrina Andreyevanın qızı.

Darya Dronova (17 yaş) – xokkey üzrə ikiqat Olimpiya çempionu Valeri Xarlamovun nəvəsi və “Moskvovskya kofeynaya set” şirkətinin direktoru Dmitri Dronov və bədii gimnasitka üzrə idman ustası Beqonita Xarlamovanın qızı.

Arina Meladze (16 yaş) – müğənni və prodüser Valeri Meladze və dekorator İrina Meladzenin qızı.

Anastasiya Çernomırdina (21 yaş) – Rusiyanın keçmiş Baş Naziri Viktor Çernomırdinin nəvəsi.

Mariya Bordovskix (20 yaş) – teleaparıcı, jurnalist Yuliya Bordovskix və bankir İvan Bronovun qızı (soldan ikinci).

Kristina Kesayeva (16 yaş) – “Merkuri” şirkətlər qrupunun prezidenti İqor Kesayev və “Stella Art Foundation”un prezidenti Stella Kesayevanın qızı.

Yekaterina Artemyeva (19 yaş) – bəstəkar Eduard Artemyevin nəvəsi (sağda), “Electroshock Records” leyblının sahibi Artemi Artemyevin qızı.

Yelizaveta Yakovleva (15 yaş) – SSRİ Xalq artisti Yuri Yakovlevin nəvəsi, SSRİ Xalq artisti Arkadi Raykinin nəticəsi.

Vasilisa Mixaylova (20 yaş) – ikiqat Olimpiya çempionu, Rusiya SSR-nin xokkey üzrə kapitanı Boris Mixaylovun nəvəsi (sağda).

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …