Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Lukaşenko: “Qələbə paradı ləğv edilə bilməz”

Lukaşenko: “Qələbə paradı ləğv edilə bilməz”

9 May Qələbə günü münasibətilə bayram tədbirləri ləğv edilə bilməz.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Deməliyəm ki, paradı ləğv edə bilmərik. Mən bu barədə çox düşündüm. Əlbəttə, emosional, dərin ideoloji bir məsələdir”, – deyə Lukaşenko əlavə edib.

Onun sözlərinə görə, müharibə veteranlarından sağ qalanların sayı çox azdır: “Veteranlarımız anlayırlar ki, biz onları xilas etməliyik. Onların yaşı 90-dan yuxarıdır və biz həmin şəxlərlə necə davranacağımızı düşünəcəyik. Hamımız görürük ki, bütün infeksiyalar ilk növbədə yaşlıları tutur. Buna görə heç kim kütləvi tədbirə məcbur edilməməlidir”. Azvision.az

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …