Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / “Kürdüstan” olmayacaq: Rusiya, Almaniya və Fransa Türkiyə ilə həmrəydir

“Kürdüstan” olmayacaq: Rusiya, Almaniya və Fransa Türkiyə ilə həmrəydir

İstanbulda Suriya münaqişənin nizamlanmasına dair keçirilən sammitdə tərəflər Suriyanın ərazi bütövlüyünü təsdiqləyiblər.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında “PolitRUS” ekspert – analitik şəbəkəsinin rəhbəri Vitaliy Arkov bildirib.

Oktyabrın 27-i İstanbulda Rusiya, Türkiyə, Fransa və Almaniya liderləri — prezidentlər Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin iştirakı ilə sammit keçirilib. Sammit zamanı Suriya böhranın həll olunması yolları müzakirə olunub.

Ticarət predmeti

Arıkov hesab edir ki, İstanbul sammitinin əsas nəticələrindən biri onun iştirakçılarının Suriyanın ərazi bütövlüyünü təsiqləməsidir. Bu isə o anlama gəlir ki, Rusiya, Almaniya və Fransa müstəqil “Kürdüstan”ın yaradılmasına qəti şəkildə qarşı olan Türkiyə ilə həmrəydir.

Ekspert qeyd edib ki, bilindiyi kimi bu layihəni aktiv şəkildə ABŞ irəli sürür, lakin onun praktiki şəkildə həyata keçirilməsi tarixən formalaşan dövlət sərhədlərinin dağılmasına və regionda vəziyyətin daha da gərginləşməsi ilə nəticələnəcək. O, qeyd edib ki, Vaşinqton və Ər-Riyadın regionda sülh və sabitliyə dair səsləndirdikləri bütün bəyanatlara baxmayaraq onlar bu layihənin həyata keçirilməsində maraqlıdırlar.

Sputnik-in həmsöhbəti qeyd edib ki, çox təəssüflər Vaşinqtonun əlində hələ də Berlin və Parisə xeyli sayda effektiv təsir edə biləcək mexanizmlər var. Ona görə də onun Suriyadakı duruma təsirinin azalmasını gözləmək düzgün olmazdı: “Suriyanın ərazi bütövlüyü və radikal terror təşkilatı İŞİD-ə qalib gələn Rusiya və Türkiyənin ədalətli maraqlarının tanınması məsələsinin Almaniya və Fransanın ABŞ-la ticarət predmeti olması ssenarisini də istisna etmirəm”.

O, vurğulayıb ki, belə hal dünya tarixində, hətta müasir dövrdə dəfələrlə olub.

Onun fikrincə Vaşinqtonun (Ər-Riyad da daxil olmaqla) Moskva və Ankara ilə birbaşa ticarət aparmaq ehtimalı da realdır. Məsələn Rusiya və Türkiyənin Suriyada və ümumilikdə regionda (təbii ki, müəyyən düzəlişlər və şərtlər) maraqlarının tanınması qarşılığında Tehranla birgə həyata keçirilən layihələrin dayandırılması və İrana qarşı yeni anti-İran sanksiyalarına dəstək.

Vurğulamaq lazımdır ki, Ağ Evdən Suriya və İranla bağlı səsləndirilən bəyanatlar hətta Respublika partiyasının özünün daxilində olan qruplar tərəfindən birmənalı qarşılanmır. ABŞ-da bütün siyasi partiyaların mövqeyinin həmrəyliyindən ümumiyyətlə danışmaq belə olmaz. Moskva və Ankaranın bundan istifadə etməməsi yanlışlıq olardı

Ciddi impuls

Rusiya Xalqlar Dostluğu İnstitutunun Strateji Araşdırmalar və Proqnozlar İnstitutunun direktorunun müavini, Yaxın Şərq üzrə araşdırmalar üzrə kordinatoru Dmitri Yeqorcenkov hesab edir ki, İstanbul sammitinin yekunları, liderlərin çıxışlarındakı mövqe və sənədlər göstərir ki, Rusiyanın uzun müddət çağırdığı sağlam düşüncə Suriya münaqişəsinin xarici konturunun digər iştirakçılarının beyninə yavaş yavaş qayıdır: “Danışıqların yekunu olaraq Suriyanın suverenliyi və Suriya xalqının öz müqəddəratını təyin etmək hüququ tanınıb. Bundan əlavə, İdlib vilayətinin terrorçulardan təmizlənməsi məsələsində yekun qərara sadiqlik nümayiş olunub. Vurğulanıb ki, humanitar vəziyyətin yaxşılaşdırılması üçün ayrı-ayrı birdəfəlik aksiyalarla deyil, yalnız kompleks şəklində mümkündür. Yəni, Suriyanın infrastrukturunu tam şəkildə bərpa etmək, tibbi xidmətə və digər şeylərə qoyulan süni sanksiyaları aradan qaldırmaq lazımdır”.

Yeqorçenkov vurğulayıb ki, əgər səsləndirilən bəyanatları həyata keçirmək mümkün olsa onda Suriya nizamlanmasına ciddi impuls veriləcək, digər məsələlərdə – miqrasiya problemindən, ölkənin yeni konstitusiyasının hazırlanmasına qədər irəliləyə doğru ciddi addım atılacaq.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …