Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Konyada Türkiyə ordusunun irimiqyaslı təlimi başladı, Azərbaycan hərbçiləri də iştirak edir

Konyada Türkiyə ordusunun irimiqyaslı təlimi başladı, Azərbaycan hərbçiləri də iştirak edir

Türkiyə silahlı qüvvələri Konyadakı 3-cü aviabazada Azərbaycan, Səudiyyə Ərəbistanı və Şimali Kiprdən olan hərbçilərin də iştirakı ilə irimiqyaslı təlimlərə başlayıb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Anadolu Ankası-2018” təlimlərində havadan yerüstü hədəflərə sutkanın müxtəlif vaxtlarında zərbələr endirilməsi, habelə birgə axtarış-xilasetmə əməliyyatları sınaqdan keçirilir. “Anadolu Ankası” təlimləri 2009-cu ildən bəri hər il keçirilir. Təlimlər iyulun 6-da yekunlaşacaq.

Xatırladaq ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin də irimiqyaslı hərbi təlimləri başlayır. İyulun 6-da yekunlaşacaq təlimlər zamanı düşmənin əsas baza və hərbi infrastrukturunun eyni vaxtda raket-artilleriya zərbələri ilə məhv edilməsi, işğal altındakı ərazilərin azad edilməsi üçün irimiqyaslı hücum əməliyyatı məşq ediləcək.

 

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …