Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Kazinoda bir gündə 1,2 milyon dollar uduzan generala yeni vəzifə

Kazinoda bir gündə 1,2 milyon dollar uduzan generala yeni vəzifə

Adı dəfələrlə qalmaqallarda hallandırılan qazaxıstanlı polis rəisi Ayan Duysembayev yeni vəzifəyə təyinat alıb. 

Cebhe.info xəbər verir ki, bu barədə  Tengrinews.kz. yazıb. Məlumata görə, O, Manqistay əyalətiin administrasiya rəhbəri Serikbey Trumova müşavir təyin olunub. 

General- mayorla bağlı mətbuatda silsilə yazılar 2019-cu ilin mayından yayılmağa başlayıb. O, at üstündə görünüb və atı ona həmyerlisi olan biznesmenin bağışladığı deyilib. 

Ardınca Prezident Qasım -Comərd Tokayev şəxsən videoya reaksiya verib. O, DİN-ə polis rəsinin hərəkətlərini araşdırmağı tapşırıb. Br neçə gün sonra daxili işlər naziri Erlan Turqumbayev xidmət etikasını pozduğuna görə generalın vəzifədən azad olunması barədə Prezidentə təqdimat verib.  

Ancaq bu da generalla bağlı ilk xəbər olmayıb. Generalı həm də Minskdə kazinolardan birində görüblər. Həmin gün polis rəisinin yaxın ətrafı ilə birlikdə 1,2 milyon dolları kazinoda uduzduğuna dair xəbər yayılıb. Atıray əyalətinin polis idarəsi  xəbərlə münasibət bildirərək həmin gün generalın oyun oynamadığını, ancaq dostlarının əhatəsində olduğunu deyib. 

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …