Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / İraqlılar öldürülən general ilə belə vidalaşır (VİDEO)

İraqlılar öldürülən general ilə belə vidalaşır (VİDEO)

Xəbər verdiyimiz kimi,  İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani Bağdad aeroportuna endirilən raket zərbəsi nəticəsində həlak olması ilə bağlı ölkədə 3 günlük matəm elan olunub.
Qaynarinfo xəbər verir ki, ABŞ hücumu nəticəsində öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani və “Haşdi Şəbi” təşkilatının vitse-prezidentinin köməkçisi Əbu Mehdi əl-Mühəndis və həyatını itirən digər 6 adam üçün Bağdadda bu gün cənazə mərasimi təşkil edilir. 

Mərasimdə on minlərlə İraqlı iştirak edir. Tədbir iştirakçıları ABŞ-ın və İsrailin əleyhinə şüarlar səsləndiriblər. Amerika və İsraildən qisas alınacağını deyirlər. 
Cənazə mərasimində İraq Ali Şurasının spikeri Şeyx Hammam Hamoudi və İraqın bir sıra siyasi və hərbi rəhbərləri və komandirləri, o cümlədən Əl-Qa’ninin Nuri əl-Maliki koalisiyası və Parlamentin vitse-prezidenti Həsən əl-Kaabi də iştirak edir.
Bununla belə, hazırda İranın Tehran və digər böyük şəhərlərində kütləvi aksiyalar keçirilir və generalın evi ziyarət olunur. Aksiya iştirakçıları general Qasım Süleymaninin qisasının alınmasını tələb ediblər.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …