Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Oktay Gülalyev saz musiqisi dinləyib – Video

Oktay Gülalyev saz musiqisi dinləyib – Video

Xəbər verildiyi kimi, dünən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və İstanbulda yaşayan həmyerlimiz Aqil Səmədbəyli tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyevi yatdığı xəstəxanada ziyarət ediblər.

Onlar Oktay Gülalıyevin səhhətində irəliləyiş olduğunu bildiriblər. Həmvətənlərimiz xəstəyə telefon vasitəsi saz musiqisi dinlədiblər və o, musiqiyə reaksiya verib.

Xatırladaq ki, təxminən iki ay öncə tanınmış hüquq müdafiəçisi şəhərin mərkəzində yolu keçərkən ehtiyatsız sürücünün idarə etdiyi avtomobillə vurulub və ağır kəllə-beyin travması alıb. 40 gündən artıqdır ki, o, Heydər Əliyev Fondunun maddi dəstəyi ilə İstanbulun müasir klinikalarından birində müalicə alır.

Musavat.com

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …