Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / İran parlamenti Süleymaniyə görə toplanır- Qapalı iclas

İran parlamenti Süleymaniyə görə toplanır- Qapalı iclas

İran parlamenti sabah general Qasım Süleymaninin ölümü ilə bağlı qapalı iclas keçirəcək.

Bunu İran parlamenti rəyasət heyətinin sözçüsü Əsədulla Abbasi açıqlayıb.

Onun sözlərinə görə, iclasda təhlükəsizlik və hərbi məsələlər üzrə rəsmilər də iştirak edəcəklər.

İclasda ABŞ-ın hücumunun detalları araşdırılacaq.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …