Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / İngilis şirkəti baha qaz qiymətinə görə müştərilərə ədyal verir

İngilis şirkəti baha qaz qiymətinə görə müştərilərə ədyal verir

Böyük Britaniyanın Octopus Energy şirkəti, artan istilik xərclərinin öhdəsindən gəlməyə kömək etmək üçün maliyyə çətinliyi olan müştərilərə elektriklə qızdırılan yorğanlar hədiyyə etmək qərarına gəlib. 

Bu barədə AzVision.az “The Sun” nəşrinə istinadən xəbər verir.Keçən həftə Böyük Britaniyada enerji qiymətləri topdansatış qaz qiymətlərindəki güclü artımlar səbəbindən 54% artıb. Tarif artımları bütün krallıqda milyonlarla ailəyə maddi ziyan vurub. Artıq ölkə sakinlərinin enerji xərci ildə orta hesabla 700 funt-sterlinq artacaq.

Octopus Energy bir nəfərin qışda qiymətlərin qalxması səbəbindən isitmə sistemini heç vaxt yandırmamasından şikayətləndikdən sonra bəzi müştərilərə elektrik yorğanı göndərmək qərarına gəlib.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …