Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / İlk vaksin qeydiyyatdan keçdi – Putinin qızına da vurulub

İlk vaksin qeydiyyatdan keçdi – Putinin qızına da vurulub

Rusiya Prezidenti Vladimir Putin ölkədə istehsal olunan koronavirus infeksiyasına qarşı vaksinin dünyada rəsmi olaraq qeydiyyatdan keçən ilk peyvənd olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Putin bu barədə hökumət üzvləri ilə görüşdə məlumat verib.

Onun sözlərinə görə, Rusiyada inkişaf etdirilən peyvənd həqiqətən effektiv təsir göstərir və stabil immunitet yaradır.

“Bildiyimə görə, bu səhər dünyada ilk dəfə olaraq koronavirus infeksiyası əleyhinə peyvənd qeydiyyatdan keçib”,- deyə Putin bildirib.

Rusiya lideri qızlarından birinin koronavirusa qarşı peyvənd olunduğunu da açıqlayıb: “Qızlarımdan biri özünə belə bir peyvənd elətdirdi. O, bu mənada eksperimentdə iştirak edib. İlk peyvənddən sonra onun temperaturu 38, ertəsi gün 37 dərəcə oldu və bu qədər…”

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …