Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Heç bir dövlətin ABŞ-a qarşı müharibəyə getməməsinin 5 SƏBƏBİ

Heç bir dövlətin ABŞ-a qarşı müharibəyə getməməsinin 5 SƏBƏBİ

Birləşmiş Ştatlar dünya tarixinin gördüyü ən təhlükəli hərbi gücə malikdir. Soyuq Müharibənin başa çatmasından sonra o, nə Roma, nə də Britaniya İmperiyasının nail olmadığı səviyyədə dünya dominantlığına yüksəlib.
Üstəlik bu, planetin ən böyük ordusu olmasa da, ən yaxşı silahlandırlımış və yetişdirilmiş hərbi qüvvədir.

ABŞ-ın bu gün dünyanı idarə etmə qabiliyyətinə malik ordunu ərsəyə gətirməsi bir neçə nəsil ərzində mümkün olub. Vətəndaş müharibəsindən sonra döyüş meydanında Avropa ordularına qarşı dayana biləcək ordunun qurulmasına başlayan ABŞ iki dünya müharibəsindən sonra onu dünyanın ən yaxşısı edib.

Yazıda ABŞ ordusunun arsenalında olan ən ölümcül beş innovasiya təqdim edilib:

1. “Qatlinq” pulemyotu

İlk dəfə Amerika Vətəndaş Müharibəsi zamanı istifadəyə verilən pulemyot tarixin ilk sürətli atəş silahlarından biridir. Mərkəzi ox ətrafında fırlanan çoxsaylı lülədən ibarət olan silah Riçard Qatlinq tərəfindən ixtira edilib.

2. Atom bombası

Birləşmiş Ştatlar atom bombasını “Manhattan Layihəsi” çərçivəsində İkinci Dünya müharibəsinin pik səviyyəyə qalxdığı bir vaxtda təkmilləşdirdi. Layihə 1939-cu ildə Uran üzrə Məsləhətçi Komitənin ABŞ prezidenti Franklin Ruzveltə uranın bu zamana qədər mövcud olmayan dağıdıcı gücə malik bombanın yaradılmasında istifadə edilə biləcəyini bildirdikdən sonra start götürdü.

3. Dəqiq idarəolunan silahlar

1970-ci ildən etibarən ABŞ-ın müharibədəki əsas üstünlərindən biri onun dəqiq zərbə endirmə qabiliyyətidir. Məsələn, 1972-ci ildə lazerlə idarəolunan bombalar ABŞ HHQ və ABŞ donanmasına dəqiq zərbə endirmə imkanı verdi.

4. Stels

Sovet İttifaqının daha qabaqcıl yer-hava silahları təkmilləşdirməsindən sonra Birləşmiş Ştatlar bu böyüyən təhdidi həll etmə yolları axtarmağa başladı. Cavab stels texnologiyası idi. Bu texnologiya təyyarənin radar və infraqırmızı sensorlar tərəfindən aşkarlanması ehtimalını azaldır.

5. Dronlar

Abe Karem ilk dəfə “Gnat”ı ərsəyə gətirərkən (sonralar o, “General Atomics”in MQ-1 “Predator”una çevrildi) güman ki, nəyi ixtira etdiyini təsəvvür belə etmirdi. Döyüş meydanı üzərində canlı qüvvəni riskə atmaqdansa, ABŞ ordusu bu sistemlər vasitəsilə məsafədən mübarizə apara bilərlər.
(Ordu.az)

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …