Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Hava limanında işçilər kütləvi tətilə başladı – Minlərlə sərnişin yolda qaldı

Hava limanında işçilər kütləvi tətilə başladı – Minlərlə sərnişin yolda qaldı

Almaniyanın Hamburq hava limanında işçilər kütləvi etiraza başlayıblar.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, işçilərin işə çıxmaması səbəbindən 72 reys təxirə salınıb və 9 min sərnişin yolda qalıb.

İşçilər maaşlarının 275 avro artırılmasını tələb edir. Hava limanı rəhbərliyi isə bu rəqəmin yüksək olduğunu bildirir.

Etirazçılar tələbin yerinə yetirilməyəcəyi təqdirdə tətilin davam etdiriləcəyini açıqlayıblar.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …