Şənbə , Aprel 27 2024
Ana səhifə / Dünya / Gürcüstan Prezident Administrasiyasının rəhbəri istefa verib

Gürcüstan Prezident Administrasiyasının rəhbəri istefa verib

Gürcüstan Prezident Administrasiyasının rəhbəri Laşa Jvania istefa verib.

O, bu barədə özünün “Facebook” səhifəsində yazıb.

L.Jvania vəzifəsindən azad olunması ilə bağlı dövlət başçısı Salome Zurabişviliyə mart ayında müraciət edib. O, mayın 1-dən etibarən vəzifəsini tərk edəcək.

Qeyd edək ki, L.Jvania 2018-ci ilin dekabrında Gürcüstan Prezident Administrasiyasının rəhbəri təyin olunub. O, indiyədək Gürcüstan Patriarxlığı Fondunun rəhbəri olub. (Report)

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …